İqtisadiyyat

Aqroparklar məmurlara bağlı şirkətlərə verilir – Susuz kəndlilər, uğursuz layihələr…

Azərbaycanda aqroparklar 2014-cü ildən etibarən yaradılmağa başladı. Məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını eyni nöqtədə birləşdirərək məhsularlığı artırmaq və xərcləri azaltmaq olan aqroparkların ümumilikdə 33 rayon üzrə 262 min hektar ərazidə yaradılması nəzərdə tutulub. Hazırda dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması işləri aparılır.

Artıq 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı fəaliyyətə başlayıb və 109 min hektar ərazidə 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır. Bu aqroparkların elə 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb.

Sözügedən aqroparkların yaradılması isə dövlət dəstəyi ilə həyata keçirilir. Belə ki, aqroparklara dövlət tərəfindən 535 milyon manat, zəruri infrastruktur işlərinə 339 milyon manat vəsait qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. Bununla yanaşı aqropark iştirakçılarına bir sıra güzəştlər edilir, imtiyazlar verilir.

Bəs 100 milyonlarla manat vəsaitin xərcləndiyi aqroparklar nə qədər effektiv çalışır və iqtisadi artımda hansı rola malikdirlər?

Araşdırmalarımızda aqroparkların kənd təsərrüfatı məhsullarının istehsalında payı və iqtisadi artımda rolu ilə bağlı hər hansı rəqəmlərə və məlumatlara rast gəlmədik. Yalnız bir neçə ay əvvəl Rusiyanın Azərbaycandan pomidor idxalına qoyduğu qadağada aqroparkların bu kimi məhsulların ixracında böyük paya sahib olduğu və məhdudiyyətdən zərər gördüyü məlum olmuşdu.

İqtisadçı ekspertlər Rəşad Həsənov və Nazim Bəydəmirli “MediaPost”a aqroparkların fəaliyyəti, iqtisadi artımda rolu və bu sahədə mövcud olan problemlərdən danışıb. Ətraflı videoşərhdə:

Bənzər yazılar

Back to top button