“Peyvəndləmə yalnız bu halda təsirli ola bilər” – ÜST rəhbəri

by Aztoday Xəbər Portalı

“Koronavirusa qarşı peyvəndləmə yalnız bütün ölkələrdə aparılarsa, effektiv ola bilər”.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus deyib.

Qebreyesus bütün ölkələri vaksinləmə prosesinin yubadılmamasına çağırıb. Əks halda, koronavirusun yeni ştamlarının yayılacağını bildirib.

“Belə olan halda isə, istifadə etdiyimiz peyvəndlər faydasız ola bilər”, – deyə ÜST rəhbəri qeyd edib.

Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə vaksin çatışmazlığı zəngin dövlətlərə də problemlər yaradacaq. Bu səbəbdən Qebreyesus dövlətləri vətəndaşlarına virusdan qorunmaq üçün təkcə onlara deyil, dünyanın qalan ölkələrinin sakinlərinə də peyvənd etmək lazım olduğunu izah etməyə çağırıb.

Bənzər Yazılar