Cəmiyyət

Bu şənbə-bazar ictimai nəqliyyat mütləq işləməlidir… – Ekspert

“Mütləq şəkildə bu həftənin şənbə və bazar günləri ictimai nəqliyyat işləməlidir”.

Bunu təhsil eksperti Kamran Əsədov DİM-in fevralın 28-də magistraturaya keçirilən qəbul imtahanından danışarkən deyib. O bildirib ki, həmin günü 19 mindən çox bakalavr imtahan verməlidir:

“Məlumdur ki, karantin səbəbindən şənbə və bazar günləri ictimai nəqliyyat işləmir. 19 mindən artıq bakalavr da sənəd verib, imtahanda iştirak edəcək. İndi bu qədər insan imtahana necə gedəcək? Getsə də, telefonla imtahanda iştirak edə bilməz. Gərək telefonu saxlamağa özü ilə bir də əlavə şəxs aparsın. Taksi çıxış yolu deyil. Çünki adi şənbə və bazar günləri taksi tapmaq mümkün deyil. İmtahanda telefonu saxlamaq üçün yer olmur”.

Kamran Əsədov qeyd edib ki, müvafiq qurumların bu şənbə və bazar günləri ictimai nəqliyyatın işləməsi üçün müraciət edəcəyinə inanır.

Bənzər yazılar

Back to top button