ManşetSiyasət

Azərbaycan Xocalı Tribunalının təsis olunmasına çalışmalıdır – TƏKLİF

“Azərbaycan diplomatiyası yaranmış əlverişli geosiyasi vəziyyətdən istifadə edərək qalib dövlət kimi Xocalı Tribunalının təsis olunması istiqamətində bütün səylərini səfərbər etməli, bütün müttəfiqlərimiz, üçüncü dünya ölkələri, eləcə də Qoşulmama Hərəkatının üzvləri vasitəsilə bununla bağlı BMT Təhlükəsizlik Şurasına təsir göstərməlidir”.

AzToday.az xəbər verir ki, bu təkliflə hüquqşünas Qaya Əliyev çıxış edib.

Onun sözlərinə görə, Xocalı Tribunalının zaman yurisdiksiyası 1987-1995-ci illər vaxt intervalını əhatə etməli, predmet yurisdiksiyası isə sülh əleyhinə cinayətləri (təcavüz, təcavüzkar müharibəni hazırlama, başlama və aparma və s.) Bəşəriyyət əleyhinə cinayətləri (Genosid və s.) Müharibə cinayətlərini (Cenevrə və Haaqa hüququnun pozuntuları, o cümlədən Qərbi azərbaycanlıların kütləvi şəkildə deportasiyasının timsalında deportasiya), terrorçuluq və s. cinayətləri ehtiva etməlidir:

“Yuqoslaviya tribunalında Balkan müsəlmanlarına, Ruanda tribunalında tutsi qəbiləsinə qarşı törədilmiş beynəlxalq cinayətlər layiqli hüquqi qiymətini aldığı kimi, 1992-ci il 26 fevralda azərbaycanlılara qarşı törədilmiş, beynəlxalq humanitar hüquqa, beynəlxalq cinayət hüququna, İnsan hüquqlarına, ümumilikdə, beynəlxalq hüquqa zidd analoji əməllər də adekvat hüquqi qiymətini almalı və beynəlxalq cinayətkarlar və hərbi canilər məsuliyyətə cəlb olunmalıdırlar”.

Bənzər yazılar

Back to top button