Cəmiyyət

Bazar ertəsindən etibarən hava yenidən pisləşəcək

Bazar günü Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gecə +2 +4, gündüz +9 +13 dərəcə təşkil edəcək, xəbəri Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.

Ölkənin rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, zəif qərb küləyi əsəcəyi gözlənilir.

Amma martın 1-dən etibarən Azərbaycan ərazisində hava şəraiti kəskin şəkildə pisləşəcək.

Bazar ertəsi paytaxtda və Abşeron yarımadasında gücü saniyədə 15-20, arabir 23 metrə çatan güclü külək əsəcəyi gözlənilir.

Ümumilikdə martın 1-dən 5-nə qədər Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir, yağmur, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyinin gücü bəzi yerlərdə 20-25 metr/saniyəyə çatacaq.

Bənzər yazılar

Back to top button