CəmiyyətGündəm

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? (VİDEO)

Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb.

Video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V. Həsənov ata yurduna gedir, evlərini, həyətlərini göstərir.

Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir və bu onun hərəkətlərindən, danışığından da hiss olunur. Buna görə də V. Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

https://youtu.be/9VovgEFqMxY

Bənzər yazılar

Back to top button