AnalitikaManşetSiyasət

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatları yenidən yalvarici formaya düşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi halları ilə bağlı məlumat yayıb. Bu məlumat –bəyənat mənasız, məntiqsiz,ziddiyyətli, mövcud reallığı və məsələnin mahiyyətini əks etdirməyən söz yığınından ibarətdir. Bu uzun illər ərzində Elmar Məmmədyarovun mətbuat xidmətinin yaydığı ikrah doğuran növbətçi bəyənatlarından da betər vəziyyətdədir. E.Məmmədyarov məğlub ölkənin yalvarıcı bəyənatlarını verirdi. İndiki Qalib durumda bu bəyənat Azərbaycanın hazırkı hərbi qüdrətini və siyasi imkanlarını ifadə etmir.

Birincisi, məsələyə yanaşma və məsələnin qoyuluşu yanlışdır. Yersiz təkrarlar baş alıb gedir. Bir bəyənatda 9 dəfə beynəlxalq hüquq və prinsiplər ifadəsi işlənir . Gah Azərbaycan XİN-i erməni əsgərlərinin valideynlərinin narahatlıqlarını ifadə edir, gah əsgərlərin insan hüquqlarının pozulmasından qayğılanır, gah insan haqları təşkilatlarını erməni əsgərlərinin Azərbaycan göndərilməsinə mane olmağa çağırır, gah Ermənistanı vicdanlı olmağa dəvət edir.. Bu nə deməkdir?.. Vətənimizi xarabaya qoyub, hələ də zəhərli dili ilə buna bəraət verən Ermənistana münasibətə baxın…

Görün XİN bəyənatda nə deyir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığının, eləcə də Ermənistanın özünün də tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin müddəalarının açıq şəkildə pozuntusudur”. Ermənistanla müharibədən sadəcə 3 ay keçib. Hələ də dağlarda şəhid olan əsgərlərimizin axtarışı davam edir, 3 min şəhid vermişik, XİN-nin bəyənatından belə təəssürat yaranır ki, sanki hər hansı bir sülhpərvər Ermənistan dövlətinin Azərbaycan ərazilərinə Azərbaycanın icazəsi olmadan silahlı qüvvələr göndərdiyinə dair məlumatlarla rastlaşıb və bu hadisə Ermənistanın hansısa beynəlxalq öhdəliklərini pozur…..

Sonra da beynəlxalq təşkilatlara çağırış edir ki, ay aman ermənistan Azərbaycan ərazilərinə əsgər göndərir, erməni əsgərlərinin həyatı və sağlamlığı təhlükə altında ola bilər və ona görə Ermənistanı bu addımlardan çəkindirin…

Mən başa düşmürən bu bəyənatı kim yazır və ona kim baxır? Nazir baxırmı? Yoxsa mətbuat xidmətindən kimsə öz düşüncəsinə uyğun bir şey yazır, sayta qoyulur və bu da olur Azərbaycan dövlətinin rəsmi sənədi? Bu işlər peşəkarlıq, təcrübə tələb edir. Bu dövlət sənədidir. Bu qısa, dəqiq və məqsədlərə xidmət edən sənəd olmalıdır. Bu işin öz dili var.

Digər tərəfdən , bu bəyənat Azərbaycanın indiki zamandakı nə güçünə, nə iradəsinə və nə də qətiyyətinə uyğun mövqe deyil. Tam əksinədir.

Yenidən hansısa beynəlxalq təşkilata yalvarir ki, erməni əsgərlərinin Azərbaycana gəlməsini əngəlləyin? 28 ildə beynəlxalq təşkilatlar ermənilərin hansı hərəkətini əngəlləyib və ya onlara etiraz edib. Baxın, şəhər və kəndlərimiz onların gözünün qarşısında yer üzündən silinib. Bizdən fərqli olaraq onlar işğal dönəmində bu vəziyyəti oralara etdikləri səfərlər zamanı öz gözləri ilə görüblər. İndi isə bütün beynəlxalq təşkilatlar görür. Hansı beynəlxalq təşkilat bu hala öz səsini çıxarıb? Heç biri. Bu təşkilatların bizə qarşı alçaq mövqeyini davamlı izah edən Prezidentin çıxışlarına bu xarici işlər nazirliyi heç qulaq asmırmı?

Əksinə XİN-i, Ermənistanın müharibəyə çalışdığını və hələ də silahlı qüvvələrini Stepanakertdən, Mardakertdən, Aterkdən, Martunidən, Əsgərandan çıxartmadığı və əksinə bu ərazilərə əlavə qüvvələr göndərməklə 10 Noyabr bəyənatının müddəalarını tamamən pozduğunu və bunun məsuliyyətini ağır şəkildə ödəyəcəyini bildirməli idi. Azərbaycanın qətiyyətini ortaya qoymalı idi. Bu qüvvələr ağır texnika və silahlarla bu ərazilərdə postlarda dururlarsa və onların burada xidmət çəkməsinə mane olan yoxsa, o zaman əsgərlərin yerdəyişməsinə kim mane olacaq? Onsuz da Laçın yolu onlar üçün açıqdır. Mülki formada avtobusla gəlməkdə də heç bir problem yoxdur.

İkincisi, Xarici İşlər Nzirliyi 9 dəfə beynəlxalq prinsiplər və qanunlar deyirsə, o zaman hər gün Ermənistan vətəndaşlarının Laçından Azərbaycana vizasız, pasportsuz gəlməsi hansı beynəlxalq hüquq və qanunlarla tənzim olunur?. Xarici İşlər Nazirliyinin bəyənatına görə mülki formada Laçından keçən erməni gənclərinin hərbçi və ya mülki olduğunu hansı beynəlxalq təşkilat müəyyən edəcək və onları bu işdən çəkindirəcək?

İndiki dönəmdə Azərbaycan hər sözünün arxasında durmalıdır. Qarşı tərəf o zaman bizimlə hesablaşacaq.

Elxan Mehdiyev

Turan.az

Bənzər yazılar

Back to top button