Dünya

Fransanın sabiq prezidentinə 3 il həbs cəzası verildi

Fransanın keçmiş prezidenti Nikola Sarkozi korrupsiyada ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org bildirir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, cəzanın 2 ili şərtidir. O, real həbs cəzası almış ilk Fransa prezidentidir.

İşdə Sarkozinin prezident kürsüsünü tərk etdikdən sonra hüquqşünas işlədiyi 2014-cü il hadisələrindən danışılır.

KİV yazırdı ki, o, Rusiyanın “RESO-Qarantiya” sığorta şirkəti ilə müqavilə bağlayıb, bir il sonra isə Rusiyadan öz hesabına yarım milyon avro alıb. Şirkətdən sayta müqavilənin mövcudluğunu təsdiqləyiblər, lakin şərtləri şərh verməkdən imtina ediblər.

Araşdırma 2020-ci ildə Fransa hökumətinin Tracfin maliyyə kəşfiyyatından məlumat almasından sonra başlayıb. N.Sarkozi bütün ittihamları rədd edir.

Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.

Bənzər yazılar

Back to top button