İqtisadiyyat

Azərbaycanda federasiya prezidenti 1 milyon manatlıq şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Səmayə Logistic” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət dövlətə məxsus Bakı İdman Sarayının yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında qeydiyyatdan keçib.

Kommersiya qurumunun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Vasib Böyükağa oğlu Zərbəliyevdir.

Xatırladaq ki, sözügedən ünvanda həm də Azərbaycan Futzal Federasiyasının prezidenti, eləcə də “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun şirkəti kimi tanınan “Səmayə Co LTD” MMC fəaliyyət göstərir. Bu şirkətin də direktoru V.Zərbəliyevdir.

Bənzər yazılar

Back to top button