Siyasət

Təkadamlıq partiyalar narahatlıq içində… – Yeni qaydalar buna imkan verməyəcək

“Siyasi partiyalar haqqında” Qanuna təklif edilən əlavə və dəyişikliklərə görə, partiyaların qeydiyyatı üçün üçün üzvlərin sayı 3 min nəfər olmalıdır.

HİT.Az xəbər verir ki, mövcud qanunvericlikdə bu say min nəfərdir.

Əlavə dəyişikliklərdə o da nəzərdə tutulur ki, qeydiyyat üçün nəzərdə tutulan üzvlərin sayı rayonların 50 faizini əhatə etməlidir.

“Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər ötən ilin dekabrında Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclasında müzakirə olunub. Həmin iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə danışıb.

Bildirib ki, təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb. Həmçinin qeyd edib ki, dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.

Amma partiyaların qeydiyyata alınması üçün üzvlərinin sayının artırılması məsələsinə toxunulmayıb. Hər halda, bu barədə heç bir rəsmi məlumata rast gəlinmir. Ehtimal olunur ki, üzvlərin sayının artırılması sonradan əlavə edilib.

Bildirilir ki, artıq təkadamlıq partiyalar narahatlıq içindədirlər. Lakin parlamentdə təmsil olunan bəzi partiyalar bu təklifə isti yanaşmırlar.

Bənzər yazılar

Back to top button