İqtisadiyyat

ARDNF bu il hərraclarda 2,8 mlrd. dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) oktyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 318,7 mln. dollar məbləğində vəsait satılıb.

Cari ilin sentyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 252,2 mln. dollar satıb. Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabrda Fond tərəfindən satılan valyutanın həcmi 26,37% artıb.

Ümumilikdə, yanvar-oktyabr ayları ərzində ARDNF valyuta hərraclarında 2 mlrd. 804,42 mln. dollar satıb.

Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

Bənzər yazılar

Back to top button