Hadisə

İŞİD-ə maliyyə dəstəyi göstərməkdə ittiham olunan 10 nəfərin məhkəmə prosesi keçirilib

Martın 2-də Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə ittiham olunan Samir Qurbanov və digər 10 nəfərin məhkəmə prosesi keçirilib. Lakin ittiham olunan şəxslər və onların yaxınları məhkəmə prosesində iştirakı təmin olunmayıb. Buna səbəb isə əvvəlki məhkəmə prosesində təqsirləndirilən şəxslərin özlərinə xəsarət yetirməsi olub.

Tutulan şəxslərin yaxınları onların günahsız həbs olunduğunu deyir. Onlar məhkəmə qapısının önündə etiraz ediblər.

Daha sonra isə təqsirləndirilən şəxslərin yaxınları Prezident Aparatının qarşısına getsə də polislər qarşılarını kəsib və heç kim onları qəbul etməyib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabacadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 214-1 (terroru maliyyələşdirmə) və 218.2-ci (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) maddələri ilə ittihamlar irəli sürülüb.

Bənzər yazılar

Back to top button