İqtisadiyyat

Neft Fondu gəlirlərini açıqladı – Azalma var…

Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-fevral aylarındakı gəlirlərini açıqlayıb.

AzToday.az Fonddan açıqlanan məlumatlara istinadənbildirir ki, bu ilin ilk 2 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 574 milyon 543 min dolları gəlir əldə edilib.

Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi gəlir isə 3 milyon 538 min dolları olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə Fond AÇG yatağından 1 milyard 5 milyon dollar, “Şahdəniz” yatağndan isə 69 milyon dollar gəlir əldə edib.

2020-ci il ərzində isə Fond AÇG yatağından 3 milyard 522,7 milyon dollar, “Şahdəniz” yatağndan isə 293,9 milyon dollar gəlir əldə edib.

Bənzər yazılar

Back to top button