Baydenin milli təhlükəsizlik strategiyası layihəsi: ABŞ ittifaqlar yaradacaq, demokratiyanı möhkəmləndirəcək

by Aztoday Xəbər Portalı

Ağ Ev çərşənbə günü prezident Baydenin milli təhlükəsizlik və xarici siyasətinin strateji istiqamətlərini açıqlayıb, ittifaqların yaradılmasının və demokratiyanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Demokratiyanın 23 dəfə adının çəkildiyi bu 24 səhifəlik sənəd hökumət orqanlarına göstərişlər verir. Eyni zamanda, bu ilin sonunda dərc olunacağı gözlənilən yeni milli təhlükəsizlik strategiyası hazırlanır. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Prezident Bayden dünya arenasında Amerika demokratiyasının və Amerika liderliyinin gücünü “bərpa etməyin” zərurətini vurğulayıb.

“Biz yeni texnologiyalar, kosmos, kiberməkan, səhiyyə və bioloji təhlükələr, iqlim və ətraf mühit, eləcə də insan hüquqları ilə bağlı yeni sazişlər təqdim edəcək və bağlayacaq.

Biz maraqlar və dəyərlər üzrə müttəfiqlərimiz və tərəfdaşlarımız arasında geniş əməkdaşlığı təmin etmək üçün demokratiya üzrə qlobal Sammit çağıracağıq.

Vaşinqton NATO, Avstraliya, Yaponiya və Cənubi Koreya müttəfiqliyini təsdiq edəcək, investisiya qoyacaq və modernləşdirəcək”, baxmayaraq ki, Rusiya sənədə əsasən dünya arenasında öz qlobal nüfuzunu artırmaq və pozucu rol oynamaqda “əvvəlkitək olduqca əzmlidir”.

“Biz transatlantik tərəfdaşlığımıza dönərək zəmanəmizin həlledici məsələləri üzrə Avropa İttifaqı və Böyük Britaniya ilə davamlı ümumi gündəlik yaradacağıq”, – sənəddə deyilir.

Çərşənbə günü Dövlət Departamentində katib Entoni Blinken də vəd edib ki, “beynəlxalq təhlükəsizlik və dünya iqtisadiyyatı qaydaları harada yazılsa, Amerika orada olacaq”.

Ağ Ev bütün dünyada avtoritarizm və millətçiliyin yüksəlməsindən çıxış edir.

“Hökumətlər daha az şəffaf olurlar və xalqların etimadını itiriblər. Seçkilər getdikcə zorakılığa çevrilir, korrupsiya artır, pandemiya isə bu tendensiyaların çoxunu sürətləndirib”.

Yeni administrasiya hesab edir ki, hərbi güc qlobal problemlərin həllində məhdud alət olacaq.

“Amerika Birləşmiş Ştatları həyat əhəmiyyətli milli maraqların müdafiəsi üçün güc tətbiqi lazım gəldiyində bundan heç zaman çəkinməyəcək. Amma hərbi gücdən istifadə ilk yox, son vasitə olmalıdır”, – sənəddə bildirilir. (Turan)

Bənzər Yazılar