Qadınlar bayramında avtobuslar işləməyəcək

by Aztoday Xəbər Portalı

8 mart Qadınlar Günündə Azərbaycanda avtobuslar işləməyəcək. Nazirlər Kabineti (NK) bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

NK-nin qərarı ilə 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Martın 8-də Azərbaycanda iş günü deyil.

Qeyd edək ki, Covid-19 pandemiyası ilə əlaqədar karantin tədbirlərinə görə Nazirlər Kabinetinin qərarı ilə həftə sonları ictimai nəqliyyat işləmir. İlk dəfə həftəsonu qadağalara 2020-ci il 6 iyun saat 00-dan başlanılıb. Metronun fəaliyyəti isə bütünlüklə dayandırılıb. Bakı metropoliteni 2020-ci ildə cəmi 163 gün işləyib, bu il hələ metronun fəaliyyəti bərpa edilməyib.

Bənzər Yazılar