GündəmHadisə

Mübariz Mənsimov sabah azadlığa çıxır

Türkiyədə həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində barəsində hökm çıxarılan azərbaycanlı iş adamı, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla bağlı mühüm qərar verilib.

Belə ki, İstanbul Baş Prokurorluğu məhbus kimi mühakimə olunan Mübariz Mənsimovun sərbəst buraxılmasını istəyib.

Məlumata görə iş adamı martın 5-də azadlığa çıxacaq.

“Məhkəmə prosesinin başlandığı mərhələ, təqsirləndirilən şəxsin həbsdə keçirdiyi vaxt, qətimkan tədbiri, təbidən gözlənilən faydanın bu mərhələdə məhkəmə nəzarəti ilə əldə edilə biləcəyi nəzərə alınır. Müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Ölkə xaricinə çıxmamaq, evi tərk etməmək şərtləri ilə Məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi istənilir”. – Baş Prokurorluğun məlumatında deyilir.//Publika.az

Bənzər yazılar

Back to top button