Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak oldu

by Aztoday Xəbər Portalı

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş həlak olub.

Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verib.

Qeyd edək ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.

Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.

Bənzər Yazılar