Müdafiə Nazirliyində yeni rüşvət-korrupsiya ocağı: Ordumuza qarşı təxribat

by Aztoday Xəbər Portalı

Müdafiə Nazirliyi bəh-bəhlə maaşların ön xəttdə 100 % qaldırıldığı ilə bağlı açıqlama yaydı.

Açıqlamada deyilir :

Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Bu açıqlamada hər şey ilk baxışdan əla görünür. Amma əslində ortada Azərbaycan ordusuna qarşı böyük təxribat planı var.

Ön xəttdə yerləşən briqada 100% artımla alacaq maaş (əvvəlki ilə müqayisədə 150-200 AZN az) amma o briqadaları yoxlayan, cavabdeh şəxslər 1 qat alacaq. Yəniki artım korpuslara aid deyil.

Son 2-3 ildə orduda gözəl bir ənənə yaranmışdı,korpuslardan gələn şəxslər briqadaların,döyüş postların,gün nizam-intizam qaydalarının yoxlayərkən aşkarlanmış çatışmamazlıqları raporta qeyd edirdilər və sonra o çatışmamazlıqların aradan qaldırılması üçün lazım gələndə 3 gündə orda qalırdılar,gedib-gəlirdilər.Sonda raporta qeyd edilirdiki filan çatışmamazlıqlar,nöqsanlar var idi bizim rəhbərliyimiz altında aradan qaldırıldı.

Misal çəkirəm korpusda döyüş hazırlığı şöbəsində polkovnik-leytenant rütbəsində xidmət edən bir zabit 2300 manatdan maaşı düşüb 900 manata. Bu adamlarda əvvəlki maaşa görə həyatların qurub-planlıyıblar. Eləsi var 800-1000 AZN kredit ödəyir.

Bunu belə eləməklə orduda rüşvətə,korrupsiyaya yol açıldı.İnsan carəsiz qalanda hər yola əl atır,korpusda oturan x şöbənin işçiləri indi gələcəklər yoxlamaya aşkarlanan nöqsanın üstünə 5 də qoyacaqlar bir raport tərtib edəcəklər,ordakı bölük,tabor komandiridə rütbəsindən,vəzifəsin itirmək qorxusundan çıxardıb 200-300 qoyacaq bunların cibinə.

Nöqsan, çatışmamazlıqda o qədərdiki gözü yumulu olsan belə görünür. Bununlada ordumuzun zabitləri məcburən rüşvətə təşfiq edilir. Maaş almayan zabit nə etməlidir başqa?

Əvvəl xətir-hörmətə nəsə çatışmamazlığa göz yumulurdusa indi dilə gəlib pul istəyəcəklər.Deyəcək sən alırsan 2000 mən səni yoxlayan şəxs 900.

Bəlkə əlini cibinə salasan və s

Sabahda bəzi qüvvələr istədikləri şəxsləri çox rahatlıqla ləkəliyib tutub soxacaqlar içəri.

Təsəvür edin korpusun rabitə,mühəndis xidmət rəisi polkovnik alacaq 1200 maaş, onun tabeçiliyində olan rabitə, mühəndis bölük komandiri 2000.

Birinci gələcəklər korpusun hansısa şöbə rəisindən tutub komandir korpuslara kimi ləkəliyə-ləkəliyə gedəcəklər.
Şərəfli zabitlərdə belə vəziyyətdə qalıb xidmət edən deyillər. Elə bir çox qüvvələrədə bu lazımdı.

Orduda yeni rüşvət-korrupsiya ocağı yaradıldı

Xeyirli olsun!

Tofiq Şahmuradov, hərbi bloqger

Bənzər Yazılar