YAP-ın tərkibi dəyişdi – Kimlər getdi, kimlər qaldı?

by Aztoday Xəbər Portalı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yeni yaradılan Veteranlar Şurasının tərkibi əsasən “91”lərdən ibarətdir.

Bu barədə məlumat hit.az-a hakim partiyadakı mənbələrdən daxil olub.

Məlumatda həmçinin bildirilir ki, 40 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. İdarə Heyətinin tərkibi əsasən gənclərdən ibarətdir.

Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibi də dəyişib. Əldə etdiyimiz məlumata əsasən, YAP-ın qurucu üzvlərindən olan Musa Musayev, “Xalq” qəzetinin keçmiş baş redaktoru Həsən Həsənov, deputat Məlahət İbrahimqızı MNTK-ya üzv seçiliblər. Ramiz Mehdiyevin kürəkəni, o cümlədən digər əvvəlki üzvlər vəzifələrini itiriblər.

YAP-ın qurucu üzvləri qurultayın nəticələrini qənaətbəxş hesab edir. Partiyanın sədr müavinlərinə gəlincə, onlar İdarə Heyətindən seçiləcək

Bənzər Yazılar