YAP-ın qurultayı: Əli Əhmədov qaldı, Siyasi Şura ləğv edildi

by Aztoday Xəbər Portalı

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başa çatıb.

Qurultayda YAP İdarə Heyəti formalaşıb. İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir.

Bundan əlavə, qurultayda partiyanın Siyasi Şurası ləğv edilib. Əvəzində ilk dəfə olaraq partiyanın Veteranlar Şurası yaradılıb.

Əli Əhmədov yenidən partiyanın icraçı katibi seçilib.

Report bildirir ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar. PA-nın sabiq şöbə müdiri, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov və sabiq baş nazirin müavini Əli Həsənov da İdarə heyətindən kənarlaşdırılıb.

Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

Qurultayda həmçinin partiyanın yeni Nizamnaməsi qəbul edilib.

Bənzər Yazılar