İqtisadiyyat

“Azərsun” qiymətləri qaldıra-qaldıra hara gedir? – FOTO

Holdinq qiymət artımına getməsinin səbəblərinə əsaslı şəkildə iqtisadi aydınlıq gətirə bilərmi?..

Ölkədə qiymət artımı gündən-günə yüksələn xətt üzrə gedir. Müşahidələrə görə, Novruz bayramı ərəfəsində marketlərdə ərzaq məhsullarının qiyməti daha da bahalaşıb.

Adətən bayramqabağı bazarlarda, yarmarkalarda, marketlərdə endirimlər, kampaniyalar təşkil olunur, qida məhsullarının qiyməti nisbətən ucuzlaşır. Amma bu tendensiya Azərbaycana şamil deyil. Hazırda bazarlarda qiymətlər “od tutub yanır”.

Əsasən “Azərsun” holdinqin gündəlik tələbat məhsullarının qiymətində ciddi artım müşahidə olunur.

Məsələn, “Bizim Tarla” əmtəə nişanlı məhsullar, “Final” və “Möcüzə” yağları, düyülər və s. qidaların qiyməti bahalaşıb. Yaşıl noxud 2, 59 manat, yağ 4-5 manat, 4-6 manat arasındfaır.

Həmçinin, “Azərçay, “Azərsüd”, “Berqa”, şəkər, duz, konserv məhsullar, şokolad yağlarının qiyməti artıb. Bütün bunlara görə nə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti araşdırma aparır, nə süni qiymət artımı barədə mübarizədə ciddi tədbirlər görülür, nə də holdinqin özü qiymət artımına getməsinin səbəblərinə əsaslı şəkildə iqtisadi aydınlıq gətirir. (reportyor.info)

Bənzər yazılar

Back to top button