Dünya

Ukraynada Kaxovka Su Elektrik Stansiyası partladılıb, Xerson vilayətini su basıb

İyunun 6-da səhər Rusiya qoşunları Kaxovka su-elektrik stansiyasını partladıblar və onun bərpasə mümkün deyil. Bu barədə Ukrayna hakimiyyəti bildirib.

“Partlayış nəticəsində yaxın 4 gün ərzində su anbarı tamamən axacaq. Dneprin aşağı hissəsində Xerson da daxil olmaqla, yaşayış məntəqələrini su basmağa başlayıb.

Prezident Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb. Prezidentin ofisinin rəhbəri Andrey Ermak Kaxovka su-elektrik stansiyasının partladılmasını ekoloji soyqırım-ekosid adlandırıb.

Ukrayna hakimiyyəti əhalinin təxliyəsinə başlayıb, onların sayı 22 min nəfərə çata bilər.

Rusiya tərəfi bəndin dağıdılmasında ukraynalıları ittiham edib, guya onlar su anbarına raket zərbəsi endiriblər. Lakin Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi bunu dezinformasiya adlandırıb. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya hərbçiləri Kaxovka SES-i hələ 2022-ci ilin aprelində minalayıblar. Su elektrik stansiyasının dayaqlarını və şlyuzlarını, bəndin özünü minalamaq üçün tonlarla partlayıcı gətirilib.

Baş nazir Denis Şmıqal bildirib ki, bəndin partlaması nəticəsində 80-ə qədər yaşayış məntəqəsini su basması təhlükəsi var.

Kiyevdə hesab edirlər ki, su elektrik stansiyasının partladılması Ukrayna ordusunun Xerson istiqamətində hücumunun qarşısını almaq məqsədilə həyata keçirilib.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Kaxovka SES-in məhv edilməsini müharibə cinayəti adlandırıb. “Biz Rusiyanı və onun marionetkalarını məsuliyyətə cəlb edəcəyik. Bu məsələni Avropa İttifaqı Şurasının iyun sessiyasında qaldıracağıq və su basmış ərazilərə əlavə yardım təklif edəcəyik. Bütün fikirlərim Ukraynada bu fəlakətdən əziyyət çəkən bütün ailələrlədir”, -Tvitter hesabında yazıb.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button