Dünya

Putinin dostunun oğlu “İnter RAO”nun rəhbəri vəzifəsindən getdi – Nazir ola bilər

“İnter RAO”nun Direktorlar Şurası martın 14-də şirkətin baş direktoru Boris Kovalçukun səlahiyyətlərinə xitam vermək barədə qərar qəbul edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks” şirkətin bəyanatına istinadən məlumat yayıb.

Bildirilir ki, Sankt-Peterburqun keçmiş vitse-qubernatoru, əvvəllər “İnter RAO” qrupunun enerji satışı şirkətlərində çalışmış, eyni zamanda “Rosseti Ural”a rəhbərlik etmiş Sergey Dreqval yeni baş direktor təyin edilib.
Qeyd edək ki, Kovalçuk 2009-cu ildən “İnter RAO”ya rəhbərlik edir. Onun səlahiyyətləri 2025-ci ildə başa çatacaqdır.

Həmçinin qeyd edək ki, Boris Kovalçukun “İnter RAO”dan ayrılacağı haqda ilk xəbəri martın 11-də “Kommersant” qəzeti yayıb. Nəşrin yazdığına görə, Kovalçukun vəzifəsinin artması ilə bağlı prinsipial qərar qəbul edilib. Eyni zamanda “Bloomberg”in Rusiya mənbələri onun Nikolay Şulqinovun yerinə Rusiyanın energetika naziri ola biləcəyini bildirib.
Xatırladaq ki, Boris Kovalçuk Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Yuri Kovalçukun oğludur.

Bənzər yazılar

Back to top button