Dünyanın ən bahalı 10 futbolçusu – Fantastik qiymətlər

by Aztoday Xəbər Portalı

Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CIES) Avropanın ən böyük 5 çempionatında mövcud oyunçu qiymətlərinə dair yeni bir araşdırma aparıb.

Fanat.az xəbər verir ki, siyahıda ilk iki yerdə “Mançester Yunayted”in forvardı Markus Reşford və “Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haalland qərarlaşıb. Hər iki oyunçu 150-200 milyon avro dəyərindədir. Onları “Atletiko” nun futbolçusu Joao Feliks izləyir – 120-150 milyon.

CIES-ə görə ən bahalı 10 oyunçu:

1. Markus Raşford (“Mançester Yunayted”) – 150-200 milyon avro
2. Erlinq Haalland (“Borussiya” Dortmund) – 150-200 milyon
3. Joao Feliks (“Atletiko”) – 120-150 milyon
4. Fil Foden (“Mançester Siti”) – 120-150 milyon
5. Kilian Mbappe (PSJ) – 120-150 milyon
6. Bukayo Saka (“Arsenal”) – 120-150 milyon
7. Timo Verner (“Çelsi”) – 90-120 milyon
8. Trent Aleksander-Arnold (“Liverpul”) – 90-120 milyon
9. Alfonso Davis (“Bavariya”) – 90-120 milyon dollar
10. Frenki de Yonq (“Barselona”) – 90-120 milyon

Bənzər Yazılar