Digər

Ermənistanda və Qarabağda gənc olmayan valideynləri daha çox uşaq dünyaya gətirməyə şirnikləndirirlər?

Ermənistanda Azərbaycan ilə müharibə nəticəsində ağırlaşmış demoqrafik disbalansın yaxşılaşdırılması üçün əhaliyə dövlət yardımı haqqında qərar qəbul edilib.

Ermənistan Səhiyyə Nazirliyinin Ana və Uşaq Sağlamlığı İdarəsinin rəisi səlahiyyətlərini icra edən Nune Paşayan Yerevanda keçirilən mətbuat konfransında deyib ki, Ermənistanda demoqrafik vəziyyət kəskin şəkildə pisləşib. Əsasən tələb olunan göstəricidə (2.1-dən az olmayaraq) əhalinin artım əmsalı 1.6-ya enib. “1990-cı illə müqayisədə ölkədə doğum 1,8 dəfə azalıb. Həmçinin sonsuzluq problemi mövcuddur. Qadınların 14,9 faizi, kişilərin isə 9,5% faizi bu problemlə üzləşir”,- Nune Paşayan deyib, – “Sputnik-Armeniya” agentliyi bildirib.

Problemin həlli üçün Dövlət Proqramı qəbul edilib. Dövlət sonsuzluğun səbəblərinin müəyyən edilməsi, müalicə kursu, həmçinin süni mayalanma və ya mayalanma prosedurunun xərclərini ödəyir.

Proqramın benefisiarları digər kateqoriyalarla yanaşı hərbçilər, 1847 sərhədyanı yaşayış məntəqəsinin sakinləri, həmçinin ən təəccüblüsü isə “44 günlük müharibə zamanı həlak olmuş əsgər və könüllülərin valideynləri” ola bilər.

Müharibədə erməni ordusunun 18-35 yaşında (əksəriyyət) hərbçiləri həlak olub. Gənc anaların minimum 18 yaşında olduğuna əsaslansaq müharibədə həlak olanların valideynlərinin hazırda 36-53 yaşı var. Həkimlər bu yaşda uşaq dünyaya gətirməyi tövsiyə etmirlər, çünki doğum təhlükəli ola bilər və ya uşaq sağalmaz irsi xəstəliklərin daşıyıcısı olar.

İxtisaslaşdırılmış https://avicenna72.ru tibbi saytın məlumatına görə, 35 yaşdan başlayaraq, xüsusilə də 40-dan sonra uşaqda xromosom anomaliyası ehtimalı artır. Bu Daun, Patau və ya Edvard sindromu kimi nisbətən tez-tez rast gəlinən patologiyalar və ya daha nadir ola bilər. Belə ki, əgər 30 yaşlı ananın Daun sindromlu körpə dünya gətirmək şansı təxminən birin 800-ə nisbətindədirsə, 40 yaşda artıq söhbət birin yüzə, 44 yaşda isə birin 25-ə nisbətindən gedir.

Lakin məlum tibbi faktlar erməni qanunvericilərini dayandırmır. Proqram çərçivəsində 2020-ci ildə 49 embrion, 2021-ci ildə isə 44 embrion köçürülüb. Proqramın reallaşmasına dövlət büdcəsindən 917 milyon dram (təxminən 1,7 milyon dollar) ayrılıb ki, bu da 2020-ci ildə sərf olunmuş məbləğdən üç dəfə çoxdur. Bu proqram çərçivəsində artıq 62 uşaq doğulub”, – Ermənistan kütləvi informasiya vasitələri bildirib.

Ermənistanın “uğurlu təcrübəsi”ni yerli “prezident” Araik Arutyunyan Qarabağa da tətbiq edib.

Müharibənin ağırlaşdırdığı demoqrafik problemi ekstrakorporal mayalanmanın köməyilə həll etmək mümkündürmü?! “Sputnik Armeniya”nın köşə yazarı Sergey Bablumyan bu barədə düşünür.

“… lakin DQR prezidenti Araik Arutyunyanın göstərişi kimi rəsmiləşdirilmiş ekstrakorporal mayalanma vasitəsilə Arsaxda doğumun artması qulağa xoş gəlmir. Direktivin işə salınmasından sonra ağıla gələn ilk şey: uşaq dünyaya gətirmək və onlardan döyüşçülər yetişdirmək nəyə lazımdır, bir halda ki, dövlət müharibədə onların həyatını önəmsəmir.

Son Qarabağ müharibəsində həlak olan 5000 nəfər (bəzi məlumatlara görə, daha çoxdur) ölümünə döyüşür, hətta qələbənin qiyməti belə olsa da. Burada isə heç bir qələbə yoxdur, hər cəhətdən rüsvayçı məğlubiyyətdir”, – Bablumyan etiraf edir. (Turan)

Bənzər yazılar

Back to top button