Siyasət

Ermənistanın müharibədəki itkiləri ilə bağlı yeni statistika

Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ilə nisbətən 35 faiz artıb.

Bu barədə erməni saytları yazırlar. Qeyd olunur ki, 2019-cu ildə ölüm sayı 26 min 200 nəfər olubsa, 2020-ci ildə bu say 35 min 370 nəfərə çatıb.

Bu statistikaya müharibə və koronavirusda ölənlər də daxil edilib. Nəzərə alsaq ki, ötən il Ermənistanda 2823 nəfər COVİD 19-dan ölüb, onda 2019-cu illə müqayisədə 9 min 170 ölümdən yerdə qalan 6 min 347 nəfərin müharibədə tələf olduğunu ehtimal etmək olar.

Qeyd olunan rəqəmlər onu deməyə imkan verir ki, Ermənistan rəhbərliyi müharibədə yalnız 2 min 425 nəfərin öldüyünü deməklə xalqı müharibə dövründə olduğu kimi yenə də aldatmaqda davam edir.

Demoqrafik statistikadan göründüyü kimi ölənlərin gerçək sayı açıqlanandan ən azı 2,5 dəfə çoxdur. (milli.az)

Bənzər yazılar

Back to top button