İdman

Ronaldodan növbəti uğur

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo daha bir uğura imza atıb.

Qol.az xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla görüşdə (3:1) fərqlənməklə bunu bacarıb. Bununla da o, yığmanın heyətində ardıcl 18 il qol vurur O, millidə dübüt etdiyi vaxtdan bəri hər il yığmanın heyətində ən az 1 qol vurmağı bacarıb.

Ronaldo millidə ilk qolunu 2004-cü ildə vurub. Oyunçu yığmada ən çox 2019-cu ildə fərqlənib. O, 10 matçda 14 qol vurub.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin heyətində ümumilikdə 173 matçda 103 qol vurub.

Bənzər yazılar

Back to top button