“Messi elə bilirdi ki, burnunu mən sındırmışam”

by Aztoday Xəbər Portalı

“Mançester Yunayted”in və Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey 2019-cu ildə Lionel Messi ilə aralarında baş verən hadisədən danışıb.

Fanat.Az xəbər verir ki, şotland oyunçunun söylədiklərini ESPN belə çatdırıb:

“Dünyanın ən yaxşı futbolçusu kimdir? 100 faiz Messi. Hə, dəqiq Messi. Onun məndə futbolkası da var. “Barselona” ilə oynadığımız matçlarda (Çempionlar Liqasının 2018/19 mövsümünün 1/4 final matçlarını nəzərdə tutur – red.) Kris Smolinq dirsəyi ilə Leonun üzünə xəsarət yetirirdi. Hər dəfə burnunu qanadırdı. Messi bunlardan birində elə bildi ki, burnunu mən sındırmışam.

Bilirsiz necə olmuşdu? Serxio Romerodan xahiş etdim ki, mənim üçün Messinin formasını götürsün. O isə dedi ki, Leo elə bilir, onun üz-gözünü sən bu hala salmısan. Cavabında “yox, yox, yox, yox bunu mən eləməmişəm. Əmin et ki, mənim işim deyil və kolleksiyama qoyacağım futbolkanı almağa çalış” söylədim. Yalan danışmırdım, axı doğrudan da, Messini mən vurmamışdım.

O futbolka məndədirsə, Leo da onun üzünə dirsəyimlə mən vurmadığımı bilir”.

Bənzər Yazılar