Cəmiyyət

Bağçalar bağlanır, bağlanmır? – Bakı Meriyası qərarını elan edəcək

Təhsil nazirinin açıqlaması əhalidə çaşqınlıq yaratdı – Hökumət bağçaları bağlayıb-bağlamamaqda qərara gələ bilmir…

Bakı Şəhər İcra Hakimiyyəti aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların da bağlanacağını elan etsə də, Təhsil naziri Emin Əmrullayev aprelin 4-də sosial şəbəkə hesabında bu xəbəri yalanladı. O bildirdi ki, bağçaların distant formada fəaliyyəti mümkün olmadığından, çoxsaylı müraciətlər nəzərə alınaraq, bağçalar bağlanmayacaq.

Bu gün isə azyaşlı övladını bağçaya aparan valideynlərə “biz işləmirik” cavabı verilib.

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğundan buna təhsil nazirinin açıqlama verməsi əhalidə çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimov Modern.az-a rəsmi açıqlama veriləcəyini deyib.

Bənzər yazılar

Back to top button