Siyasət

Qarabağ münaqişəsinin həlli Kipr probleminə çevrilə bilər (ŞƏRH)

Azərbaycan xarici siyasəti Türkiyənin Kipr məsələsindəki təcrübəsini öyrənməlidir.

Qaynarinfo xəbər verir ki, belə bir təkliflə siyasi analitik Nazim Cəfərsoy çıxış edib.

Onun sözlərinə görə, önümuzdəki dövrdə Qarabağdakı qələbəmizə beynəlxalq münasibət Türkiyənin Kipr Sulh Əməliyyatına (Hərbi kod adı “Atilla Hərəkatı” olub) ümumi münasibətə çox bənzəyəcək:

“Düzdür, indi qlobal və regional müstəvidə ciddi dəyişikliklər var, ancaq yenə də ümumi beynəlxalq münasibət xeyli bənzərlik təşkil edəcək. Azərbaycan xarici siyasəti Türkiyənin bu məsələdəki təcrübəsini doğru öyrənməli, o məsələdəki müsbət təcrübə ilə nöqsanları nəzərə alan bir strategiya formalaşdırmalıdır”.

Bənzər yazılar

Back to top button