İdman

Kuman Messinin gələcəyindən danışdı

“Barselona”nın baş məşqçisi Ronald Kuman hücumçu Lionel Messi ilə müqavilənin uzadılması ehtimalını yüksək qiymətləndirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Bu, həqiqətən vacib bir sualdır. Leonun mümkün qədər uzun müddət klubda qalması üçün hər şeyi edəcəyik. Ancaq indi növbəti mövsüm barədə düşünməməliyik.

Sabahkı matç haqqında düşünməliyik. Gələcək isə rəhbərliyə aiddir. Bununla bağlı danışmaq yaxşıdır, amma mən və futbolçular oyunlara diqqət yetirməliyik”.

Xatırladaq ki, Messinin “Barselona” ilə müqaviləsi iyunda başa çatır.

Bənzər yazılar

Back to top button