Hadisə

Azərbaycanda COVİD-dən ölüm fazinin yüksək olmasının səbəbi nədir?

Azərbaycanda COVİD 19-dan ölüm faizi yüksəkdir.

Qaynarinfo xəbər verir ki, bu sözləri məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

O, koronavrusdan ölüm faizinin yüksək olmasının səbəbini həkimlərin əksər hissəsinin praktik və nəzəri biliklərinin lazımi səviyyədə olmaması ilə izah edib:

“Bunun günahını, açığı, təkcə həkimlərdə görmürəm. Tibb təhsili, həkimlərin təkmilləşdirilməsinin səviyyəsi yüngül desəm, qaneedici deyil. Gizlətməyin mənası qalmayıb.

Həkimlərin çoxu heç elementar qan qazı analizini, kardioqrammanı, süni tənəffüs aparatını lazımi səviyyədə bilmir və beləcə COVİD müalicəsinə cəlb ediliblər.
Əvvəllər mənim enerjim, səbrim, vaxtım çox olanda su, duz, turşu, qələvi, süni tənəffüs aparatından tutmuş reanimasiyanın bütün sahələrindən qruplar yığırdım, kurslar deyirdim. Həmin vaxtlar gərək hamı iştirak edərdi.

Elan verirdim, bəziləri sual verirdi ki sertifikat verirsiz? Sizin sertifikatın balı var? Əsəbiləşib blok edirdim həmin adamı ki, beləsinə elm öyrənmək maraqlı deyil. Mövzuları soruşmaqdansa sertifikatın balını soruşur. İndi orda-burda topladığınız o mənasız ballı-qozlu sertifikatlarınızı, xaricdəki konfranslardakı reklam üçün çəkdirdiyiniz şəkilləri düzün ağır xəstənin üstünə, görün müalicə edə bilirsizmi?”

Bənzər yazılar

Back to top button