Bağçalarla bağlı müəmma: Bakı şəhər İcra Hakimiyyəti ilə Təhsil Nazirliyi bir-birlərini təkzib edir…

by Aztoday Xəbər Portalı

Təhsil eksperti: “Orta ümumtəhsil müəssisələrini bağlayıb, digər təhsil müəssisələrini fəaliyyətdə saxlamaq absurd qərardır”.

“Söhbət koranavirusa görə qapadılmalardan gedirsə, fərq etməz, təhsilin bütün pillələri üzrə qapadılmalar vacib və zərurətdir”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi koronavirusa görə orta ümumtəhsil məktəbləri bağlansa da, bağçaların bağlanmamasını pia.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi təhsil nazirinin açıqlaması əhalidə çaşqınlıq yaratdı. Hökumət bağçaları bağlayıb-bağlamamaqda qərara gələ bilmir.

Bakı Şəhər İcra Hakimiyyəti aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların da bağlanacağını elan etsə də, Təhsil naziri Emin Əmrullayev aprelin 4-də sosial şəbəkə hesabında bu xəbəri yalanladı. O bildirdi ki, bağçaların distant formada fəaliyyəti mümkün olmadığından, çoxsaylı müraciətlər nəzərə alınaraq, bağçalar bağlanmayacaq.

Bu gün isə azyaşlı övladını bağçaya aparan valideynlərə “biz işləmirik” cavabı verilib.

Bəs koronavirusun surətlə yayılan vaxtında bağçaların açıq saxlanılması nə qədər doğrudur?

Mövzunu pia.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Mənim şəxsi fikrim və düşüncəm ondan ibarətdir ki, təhsilin bütün pillələri üzrə dərslər distant yox, ənənəvi qaydada bərpa olunmalıdır və bütün dərslər ənənəvi qaydada tədris olunmalıdır”.

Bu vaxta qədər qapadılmaların heç bir məntiqi nəticəsinin olmadığını vurğulayan ekspert pia.az-a bildirib ki, yoxluma yenə də yüksək olaraq qalır. Belə olan halda sağlamlıq vacibdir, amma təhsil ondan da vacibdir. Çünki təhsilsiz cəmiyyət məhvə məhkumdur:

“Bildiyimiz kimi, bağçaların bağlanmaması təhsil naziri tərəfindən bildirildi. Amma bu gün dövlət müəssisələrində bağçaların bağlanması ilə bağlı xəbər üzə çıxdı. Bəlli oldu ki, dövlət bağçaları bağlıdır. Amma özəl bağçalar fəaliyyət göstərir.

Biz prosesə ümumi nəzər etsək, söhbət koranavirusa görə qapadılmalardan gedirsə, fərq etməz təhsilin bütün pillələri üzrə qapadılmalar vacib və zərurətdir. Orta ümumtəhsil müəssisələrini bağlayıb digər təhsil müəssisələrini saxlamaq isə verilmiş absurd qərardır.

Yoxluma riskini nəzərə alsaq bilirik ki, aşağı yaş kateqoriyasına daxil olan şəxslərin yoluxması azlıq təşkil edir. Həmçinin onlar virusa yoluxduğu zaman bunu çox ağır keçirmirlər. Amma bağçada, yaxud da orta ümumtəhsil müəssisələrinin təhsil alan şagird gündəlik dərsə gedib gələn zaman yoluxursa və o bunun simptomlarını hiss etmirsə, onun başqanı yoluxdurma riski var.

Elçin Əfəndi: “Bu vaxta qədər qapadılmaların heç bir məntiqi nəticəsi olmayıb. Yoxluma yenə də yüksək olaraq qalır”.

Bu risk də onu deməyə əsas verir ki, onun ailə üzvləri və digər şəxslər də yolxuma bilər. Buna görə də təhsil nazirinin məntiqi ilə yanaşsaq istər özəl, istərsə də dövlət təhsil müəssisələrinin bağlanması daha məqsədə uyğundur.

Mənim şəxsi fikrim və düşüncəm ondan ibarətdir ki, təhsilin bütün pillələri üzrə dərslər distant yox ənənəvi qaydada bərpa olunmalıdır və bütün dərslər ənənəvi qaydada tədris olunmalıdır. İnsanlara imkan verilməlidir ki, koronavirusla yaşamağı öyrənsinlər. Yəni necə ki, bu vaxta qədər başqa viruslarla, məsələn qrip virusu ilə yaşamağı öyrənmişik, koronavirusla da yaşamağı öyrənməliyik. Çünki bu vaxta qədər qapadılmaların heç bir məntiqi nəticəsi olmayıb. Yoxluma yenə də yüksək olaraq qalır. Belə olan halda, aydındır ki, sağlamlıq vacibdir, amma təhsil ondan da vacibdir. Çünki təhsilsiz cəmiyyət məhvə məhkumdur”.

Bənzər Yazılar