İdman

“Barselona”ya transfer olmaq istəmirdim”

“Barselona”nın sabiq futbolçusu Jeremi Matyu 2014-cü ildə Kataloniya klubuna transfer olunmaq istəməyib.

Qol.az xəbər verir ki, bu barədə o, “L’Equipe” nəşrinə açıqlamasında deyib: “Barselona”ya keçmək istəmədim. Klub məndən transfer haqda soruşduqda “Valensiya”da kapitan idi. Oradakı həyatımdan zövq alırdım. Ancaq “Barselona”da ehtiyat oyunçular skamyasından qalacağımı bilirdim. Kataloniya t
təmsilçisi mənə müqavilə təklif edəndə “Valensiya”da qazandığım maaşla klubun mənə verməyə hazır olduğu məbləği müqayisə etdim. Saxta müqavilə imzalayıb, “Valensiya”nın idman direktoru Fransisko Rufeteyə göstərdim və “mənə bu maaş versəniz qalaram” dedim. Ancaq bunu qəbul etmədilər. Mən də onlara gedəcəyini söylədim. Mənə inanmadıqlarını anladım”.

Qeyd edək ki, Matyu 2014-2017-ci illərdə “Barselona”da oynayıb.

Bənzər yazılar

Back to top button