Güclü külək nə vaxt kəsiləcək? – Nazirlikdən açıqlama

by Aztoday Xəbər Portalı

Bugün səhərdən Bakıda və Abşeron yarımadasında əsən güclü külək axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzToday.az-a verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında 14-17, Bakıda 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Bənzər Yazılar