Dünya

Nəhayət iki il sonra ABŞ-da əks-kəşfiyyat şefinin namizədliyi təsdiqləndi

ABŞ Konqresinin Senatı Uilyam İvaninanın Milli əks-kəşfiyyat mərkəzi və milli kəşfiyyat direktorunun aparat rəhbəri vəzifəsinə namizədliyini irəli sürməsindən təxminən iki il sonra onu bu vəzifədə təsdiqləməyi qərara alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb. Onun namizədliyini 83 senator dəstəkləyib, 7 nəfər qarşı çıxıb.

İvanina bu vəzifəyə 2018-ci ilin fevralında ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif edilib. Bununla belə, o bu idarəyə 2014-cü ildən rəhbərlik edir, lakin bir il sonra amerikalı millət vəkilləri onun vəzifəsini təyinatlarını Senatın təsdiqləyəcəyi vəzifələr siyahısına daxil etmək qərarına gəliblər. Bununla da onun tutduğu vəzifəyə təsdiqlənməsi iki il çəkib.

Bənzər yazılar

Back to top button