İqtisadiyyat

“Uşaqpulu verilməsə, əhali artımının sayı dayanacaq” – Partiya sədri

“Uşaqpulu tək partiyalararası deyil, birbaşa dövlət məsələsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. Sədr hesab edir ki, uşaqpulu verilməsə, əhali artımının sayı dayanacaq, bu isə dövlətin strateji maraqlarına uyğun deyil:

“Burada partiyaların rəqabəti yox, birgə fəaliyyəti lazımdır. Çünki əhalinin artımı hazırda uşaqpulunun verilib-verilməməsindən asılıdır. Bu da gələcək üçün dövlət təhlükəsizliyi və eyni zamanda strateji bir məsələdir. Şəxsən AĞ Partiya olaraq biz bu məsələdə heç kiminlə rəqabət, debat aparmaq niyyətində deyilik, mövqeyimiz açıq və aşkardır. Dövlət vəsait ayırmalıdır. Həmin vəsaitin də yollarını tapmalıdır. İstəlinən halda uşaqpulu müavinətlərini ödəməlidir”.

Tural Abbaslı xatırladıb ki, uşaqpulu ilə bağlı vəsaitin tapılması müxalifət partiyalarının deyil, iqtidarın problemidir:

“Amma iqtidar bununla bağlı səmimi və real araşdırmaq üçün çıxış yolları tapmaq istəsə, AĞ Partiya olaraq biz birgə müzakirələrə hazırıq. Təki iqtidarda bununla bağlı istək olsun”.

Bənzər yazılar

Back to top button