Cəmiyyət

Koronavirus insan haqlarıyla bağlı bunları üzə çıxardı – Amnesty International

Amnesty International koronavirus pandemiyasının dünyadakı insan hüquqları vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olduğunu bildirib.

Qaynarinfo təşkilatın 2020-2021-ci illər üçün hesabatına istinadən xəbər verir ki, insan haqları fəalları pandemiya zamanı bir çox ölkənin səlahiyyətliləri tərəfindən icazə verilən sistemli ayrı-seçkiliyin artdığını iddia ediblər. Vətəndaşların ən həssas kateqoriyası – qadınlar, LGBT, qaçqınlar, əmək miqrantları, həkimlər və iqtisadiyyatın kölgə sektorlarında işləyən insanlar ən çox əziyyət çəkiblər.

Xüsusilə, karantin tədbirləri ailə zorakılığında sıçrayışlara səbəb olub. Bu, Şərqi Avropa və Orta Asiyada qadınlara ən çox təsir edib. Beləliklə, insan hüquqları müdafiəçilərinin statistikasına görə, Özbəkistanda pandemiyanın zirvə vaxtında zorakılıq qurbanları üçün 197 sığınacaqdan yalnız beşi işləyib.

Təşkilatın baş katibi Anyes Kallamardın dediyinə görə, pandemiya “liderlərimizin insan dəyərlərinə açıq şəkildə saymamazlığını nümayiş etdirdi”. İnsan hüquqları müdafiəçilərinə görə, virusun yayılmasının qarşısını almaq üçün alınan məhdudlaşdırıcı tədbirlər bir çox hallarda insan haqlarının pozulması üçün bəhanə olub. Xüsusilə, Avropada, on ölkə İnsan Hüquqları Konvensiyasından çıxıb, bu ölkələrdə məhdudlaşdırıcı tədbirlər ölçüsüz təhdid adlandırılıb.

Bundan əlavə, sənəddə “peyvənd müharibələri”, beynəlxalq münasibətlərin pozulması və dünya iqtisadiyyatının bərpası yolundakı əngəllərdən bəhs olunur. Kalamarın dediyinə görə, koronavirus pandemiyası “kəskin ehtiyac duyulan bir zamanda dünyanın səmərəli əməkdaşlıq edə bilməməsini çox açıq şəkildə göstərib”.

Bənzər yazılar

Back to top button