Siyasət

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə mətbuat katibinin Ermənistan-Azərbaycan sərhədindəki insidentə dair bəyanatı

Aİ dünən Ermənistan-Azərbaycan sərhədində bir neçə erməni və azərbaycanlı hərbi qulluqçunun həlak olması və ya yaralanması ilə nəticələnən silahlı qarşıdurma ilə bağlı təəssüfünü bildirir. Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə mətbuat katibinin bəyanatında deyilir.

“Bu hadisə bir daha göstərir ki, delimitasiya olunmuş sərhəd olmadığı halda, 1991-ci ilin sərhəd xəttinə hörmət edilməli, oxşar hadisələrin baş verməməsi üçün hər iki tərəfin qüvvələri bu xətdən təhlükəsiz məsafələrə çəkilməlidir.

Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada əldə edilmiş öhdəliklərə əməl edilməlidir.

Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırır və bu prosesi dəstəkləməyə hazırdır.

Biz bir daha tərəfləri təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırırıq.

Aİ bu səyləri ən yüksək səviyyədə, həmçinin Aİ-nin Ermənistandakı missiyasının iştirakı ilə dəstəkləməyə davam edir”, – deyə bəyanatda qeyd olunub.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button