ManşetSiyasət

“Mənim həbs olunmağını istəyənlər…” – Abutalıbov danışdı

Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

AzToday.az xəbər verir ki, Hacıbala Abutalıbov Demokrat.az-a açıqlamasında deyib ki, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır.

“Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır”.

Xatırladaq ki, Qənimət Zahid “Azərbaycan saatı” verilişinin bugünkü buraxılışnda Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb.

Bənzər yazılar

Back to top button