İqtisadiyyat

Banklar bu rayonlara yüksək fazilə kredit verir (ŞƏRH)

“Rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər”.

Qaynarinfo xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Deputat Mərkəzi Bankın məlumatına istinadən bildirib ki, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır:

“Yəni, Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədirlər. Bu iqtisadi rayon üzrə orta kredit faizi 24.25 faizdir. Uyğun olaraq Dağlıq Şirvan və Aran iqtisadi rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır.

Mərkəzi Bankın rayonlarda fəaliyyət göstərən sahibkarlara daha ucuz kreditlərin verilməsini təşviq etməsi çox vacibdir. Bu zaman xərclərin bir hissəsinin subsidiya edilməsi, rayonlara aşağı faizli kredit ayıran banklara əlavə güzəştlərin verilməsi mexanizmdən istifadə oluna bilər”.

Bənzər yazılar

Back to top button