Mədəniyyət

“Heç kim məni narahat etməsin“ – Çingzi Abdullayev

AzToday.az Xalq yazıçısı Çingiz Abdullayevlə müsahibəni təqdim edir:

– Çingiz müəllim, doğum gününüzü təbrik edirik, bu gün kimlərdən təbrik mesajı almısınız?

– Çox sağ olun, doğum günümü təmtəraqla qeyd etməyi sevmirəm, pandemiya ilə əlaqədar 62 yaşımı da xüsusi keçirmirəm. Dostlar, yaxınlar, sevənlərdən yüzlərlə təbrik almışam.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

– Hazırda hansı əsərin üzərində işləyirsiniz?

– İkinci Qarabağ müharibəsinə həsr olunmuş “Vətən şərəfi” əsərini yazmışam, artıq bitirirəm.

– Gənc yazıçılardan kimlərisə oxuyursunuz?

– Əlbəttə, hətta kitab gətirirlər, həmişə gənclərlə maraqlanıram. Yazılarını gətirirlər, rəyimi, tövsiyələrimi istəyirlər. Mən də məsləhətlərimi əsirgəmirəm. Bir çox gənc mənim köməyimlə yaradıcılığa başlayıb, ya kitablar vermişik, ya tərcümə etmişik, ya da yazıların redaktəsində kömək etmişik.

– Çingiz müəllim, bir ildən çoxdur davam edən pandemiya sizə necə təsir etdi? Bəzi şəxslər karantin dönəmini yaradıcılığa daha çox vaxt ayırmaq baxımından fürsət sayır. Sizdə vəziyyət necədir?

– COVID-19 infeksiyası təkcə mənim yox, bütün dünyanın işini çətinləşdirib. Mənsə qapamanı fürsət bilmirəm. Çünki həmişə təklikdə işləyirəm, harada olmağımdan asılı olmayaraq kitablar yazıram. Əsas odur ki, heç kim məni narahat etməsin. Amma pandemiya çalışdığım bütün təşkilatlarda çətinlik yaradıb. Məsələn, komandamızın yarısı COVID-19-a yoluxmuşdu. Yazıçılar Birliyində də koronaya yoluxanlar çoxdur. Əlbəttə, çox pis situasiyadır, qorxuram ki, virus heç yaxın müddətə də bitməyə… (teleqraf.com)

Bənzər yazılar

Back to top button