GündəmManşetSiyasət

Paşinyan Putinə məhz belə dedi: “Dağlıq Qarabağ problemi həll olunmayıb”

Aprelin 7-də Moskvada Rusiya prezidenti Vladimir Puitinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar olub.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu görüşdə Paşinyan bir daha Azərbaycanda saxlanan erməni əsirlər məsələsini qaldırıb:

“Bizim dəfələrlə müzakirə etdiymiz kimi 9 noyabr bəyanatına görə bütün girovlar, hərbi əsirlər və başqa saxlanan şəxslər vətənlərinə qaytarılmalıdır. Təəssüf ki, Azərbaycanın hələ də saxladığı şəxslər var. Mən şadam ki, bu məsələnin həllinə dair bizim mövqelərimizdə fərq yoxdur”.

Rəsmi Moskva dəfələrlə bəyan edib ki, Qarabağ müharibəsinin bütün hərbi əsirlərinin məsələsi “hamını hamıya” prinsipi ilə həll olunmalıdır.

Azatutyun Rusiyanın RBK agentliyinə istinadən Azərbaycanda hələ də 140-dək erməni hərbi əsirin saxlandığını iddia edir.

Moskvanın “sonraya” saxladığı məsələ

Məqalədə deyilir ki, Moskva və Yerevanın mövqeləri bir məslədə də üst-üstə düşür: Bu Qarabağ münaqişəsinin yekun tənzimlənməsi məsələsidir.

Azatutyun yazır ki, Yerevan bu məsələnin hələ də həll olunmadığını dəfələrlə bəyan etsə də, Moskva bu məsələnin hələ vaxtının çatmadığını bildirir.

Aprelin 7-də keçirilən görüşdə Nikol Paşinyan bu məsələni bir daha qaldırıb:

“Çox mühümdür ki, biz Dağlıq Qarabağ probleminin həlli ilə bağlı baxışlarımızı müzakirə edək. Təəssüf ki, problem həll olunmayıb və biz bu məsələ barədə danışmalı, gələcəyə olan baxışlarımızı müzakirə etməliyik”.

Rusiya-Ermənistan qoşun birləşməsinin “bəzi nyuansları”

Azatutyun yazır ki, Paşinyan Putinlə görüşdə Ermənistanda yeni atom elektrik stansiyasının tikilməsinin mümkünlüyü məsələsi barədə də danışıb.

O xatırladıb ki, Türkiyə tez-tez Metsamor stansiyasının bağlanması məsələsini qaldırır.

Danışıqların əsas hissəsi bağlı qapılar arxasında aparılıb.

Lakin Paşinyan söhbətin açıq hissəsində Rusiya-Ermənistan birgə qoşun birləşməsinin fəaliyyəti ilə bağlı “bəzi nyuansları” müzakirə etmək istədiyini bildirib.

Ermənistan baş naziri konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin əlavə edib ki, Rusiya və Ermənistanın hava hücumundan birgə müdafiə sistemi var.

Bənzər yazılar

Back to top button