Neymarın cəzası bəlli oldu

by Aztoday Xəbər Portalı

Fransa Liqasının XXXI turunda “Lill”lə matçda (0:1) qırmızı vərəqə alan PSJ-nin futbolçusu Neymarın cəzası bəlli olub.

Fanat.az xəbər verir ki, braziliyalı hücumçu 2 oyunluq diskvalifikasiya olunub.

29 yaşlı forvard sözügedən görüşün 90-cı dəqiqəsində qonaq komandanın müdafiəçisi Tyaqu Caloya qarşı kobudluqdan sonra ikinci vərəqə görərək, meydandan qovulub.

Bu zaman oyunçular arasında mübahisə düşüb. Neymar final fitindən sonra meydanın kənarında rəqibin qarşısını kəsib və onu itələyib. İnsidentin böyüməsinə hər iki klubun rəsmiləri mane olublar.

Bənzər Yazılar