Sağlamlıq

Azərbaycanda jurnalistlər ayrıca vaksinasiya olunacaq

Azərbaycan jurnalistləri Mətbuat Şurasında vaksinasiya olunacaq. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşovun bəyanatından məlum olub.

Jurnalistlər Çin istehsalı olan KoronaVAK preparatı ilə vaksinasiya olunacaq.

Amaşovun sözlərinə görə, Mətbuat Şurasına artıq müxtəlif kütləvi informasiya vasitələrindən 150-dən çox ərizə daxil olub.

Qeydiyyat üçün jurnalistin adı, soyadı və mobil telefon nömrəsi göstərilməlidir, deyə Amaşov bildirib. Həmçinin, vaksinasiyaya gələrkən şəxsiyyət vəsiqəsi jurnalistin yanında olmalıdır. Hər gün 50 nəfər vaksinasiyadan keçəcək, deyə Amaşov əlavə edib.

Amma o, jurnalistlərin ayrıca vaksinasiya olunması təşəbbüsünün kimə aid olduğunu açıqlamayıb. Həmçinin, bunun niyə ixtisaslaşmış tibb müəssisəsində deyil, Mətbuat Şurasında həyata keçiriləcəyi də aydın deyil.

Bənzər yazılar

Back to top button