Cəmiyyət

Sabahın hava proqnozu

Noyabrın 6-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

AzToday.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Bənzər yazılar

Back to top button