İdman

Ernesto Valverde Ardanın “Barselona”dakı gələcəyini açıqladı

“Barselona”da bu mövsüm bir dəqiqə belə forma geyinməyən Arda Turanla bağlı qeyri-müəyyənlik davam edir. Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Ernesto Valverde yerli mətbuata türk futbolçu ilə bağlı açıqlama verib.

Baş məşqçi bildirib ki, Arda zədəsini sağaltdıqdan sonra heyətdə yaxşı bir alternativ ola və forma şansı qazana bilər. Türk futbolçunun çox təcrübəli və istedadlı olduğunu deyən Valverde heyətə düşmək üçün daha çox çalışmalı olduğunu deyib: “Ümid edirəm ki, Arda mötivasiya olunur və vəziyyətini düzəltməyi düşünür. O, çox təcrübəli və istedadlı futbolçudu. Amma hazırda zədəsi var. Bu səbəbdən işin idmani tərəflərindən öncə zədəsini düşünmək məcburiyyətindəyik”.

Bənzər yazılar

Back to top button