DünyaManşet

Lukaşenko əmək haqqıları peyinlə ödəyəcək (FOTOFAKT)

Aleksandr Lukaşenkonun Belarusda kolxoz-sovxozları qoruyub saxlaması, həmin təsərrüfatların gəlirli müəssisə kimi fəaliyyət göstərdiyi, həmin kolxoz-sovxozlarda işləyənlərin rifahının yaxşı olması haqqında uydurmalar uyudan, nağıllar danışan soydaşlarımız movcuddur. Lukaşenkoun Putindən aldığı pulla Belarus hökumətinin dotasiya verməklə ayaqda saxlamağa çalışdığı həmin təsərrüfatların ömrünün Rusiyanın “səxavət”indən asılı olduğunu anlamaq istəməyənlər kolxoz-sovxozların həsrtini çəkməkdə davam edirlər.

Belarusun öndə gedən kənd təsərrüfatı müəssislərindən biri olan “Ulişitsı-Aqro” Birgə Müəssisəsi yazılı şəkildə əməkdaşlarına xəbərdarlıq edib ki, əmək haqqı borclarını üzvü gübrə (peyin) ilə ödəyəcək. Bir aylıq əmək haqqının müqabilində 1.5 ton peyin təklif edilib. Ancaq yükləmə və daşınma xərcini işçilər özləri ödəməlidir. Müəssisənin əməkdaşlarının bir hissəsi əmək haqqı müqabilində peyin almaqdan imtina edib, ancaq bəziləri bununla razılaşıb. Rzılaşanlar sonradan peşman olublar. Çünki onlara verilən peyinin özü də donuzun nəcisi, torpaq və taxta ovuntusu ilə qarışıq olub. Bununla bağlı narazılıqlar o qədər böyüyüb ki, özünü Belarusun prezidenti elan etmiş Aleksandr Lukaşenko münasibət bildirmək məcburiyyətində qalıb. Lukaşenko peyinin keyfiyyətindən şikayət edənləri təxribatçı adlandırıb.
Belarusun maliyyə vəziyyəti çiddi böhran keçirir və böyük fəlakət ərəfəsindədir. Bu fəlakətin önünü Belarusda hakimiyyət dəyişikliyi olmadan almaq mümkün deyil. Fəlakətin baş verməsini ləngitmək üçün isə Belarusun təcili bir neçə milyard dollara ehtiyacı var. Lukaşenko Putindən 3 milyard istəsə də hələ ala bilmir. Rusiyanın iqtisadi vəziyyəti Putinə əvvəlki kimi səxavətlə milyardları ona-buna dağıtmasına imkan vermir. Putindən pul ala bilməyən Lukaşenko isə əmək haqqılarını peyinlə ödəməyə başlayıb. Əmək haqqıları peyinlə ödəmək postsovet məkanında ən axmaq avtoritar lider hesab etdiyim Lukaşenkonun son icadı deyil. Rusiyanın siyasi elitası isə bu axmağa haqlı olaraq “Los” ləqəbi qoyub.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button