İdman

Messi üçün ardıcıl 7-ci uğursuz “El-Klassiko”

La Liqanın 30-cu turunda “Real”la matç “Barselona”nın kapitanı Lionel Messi üçün ardıcıl 7-ci uğursuz “El-Klassiko” olub.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu görüşdə də nə qol vura, nə də qol ötürməsi verə bilib. Ümumiyyətlə, Messi “kral klubu” ilə son 7 matçın heç birində fərqlənə bilməyib. Argentinalı oyunçu son dəfə 2018-ci ilin mayında rəqibini məyus etməyi bacarıb.

Bu 7 matç ərzində isə Messi 567 dəqiqə meydanda olub, vurduğu 21 zərbədən isə 8- qapı çərçivəsinə gedib.

Qeyd edək ki, ötən gün keçirilən “Real” – “Barselona” qarşılaşması (2:1) hesablı qələbəsi qələbəsi ilə başa çatıb.

Bənzər yazılar

Back to top button