İdman

İsko oynamaq istədiyi klubun adını açıqladı

Madrid “Real”ının yarımmüdafiəçisi İsko komandadan ayrılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı ispan belə deyib: “Məqsədim karyeramı “Real”da davam etdirməkdi. Burda özümü xoşbəxt hiss edirəm. Əsas hədəfim isə mümkün qədər çox titul qazanmaqdı. “Real”la olan müqaviləmin müddəti 2022-ci ilin yayına qədərdi. Başqa kluba keçmək niyyətində deyiləm”.

Bu mövsüm İspaniya La Liqasında 11 oyuna çıxan İsko 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun baş məşqçi Santyaqo Solari ilə mübahisə etdiyi və komandadan ayrılacağı iddia olunub. Fransanın PSJ klubu İskonu heyətinə qatmaq üçün futbolçunun atası ilə görüşüb.

Bənzər yazılar

Back to top button